EN

"BakuBus"dan istifadə edənlərin NƏZƏRİNƏ

Sərnişinlər 46 saylı marşrut xətti üzrə hərəkət edən avtobusların intervalından narazıdırlar. 

Bizim.Media xəbər verir ki, bu barədə şikayət BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Bildirilib ki, metronun "28 May" stansiyasının yaxınlığından xəttə çıxan 46 saylı marşrutlar burada uzun müddət gözləyir. Avtobuslar sərnişinlə dolmamış hərəkət etmirlər.
 

Məsələ ilə bağlı "BakuBus" MMC-nin mətbuat xidmətindən bildirildi ki, "BakuBus" MMC-nin istismarında olan 46 nömrəli müntəzəm marşrut xətti üzrə interval 7-8 dəqiqə təşkil edir. Marşrut pasportuna əsasən xətt üzrə 20 avtobus fəaliyyət göstərir:


"Bununla belə, monitorinq mərkəzinin qeyd etdiyiniz tarix üzrə apardığı müşahidələrə əsasən, xüsusilə pik saatlarda intervalın 7-15 dəqiqə arasında dəyişdiyi müəyyən edilmişdir". 

Həmçinin qurum sərnişinlərdən xahiş edir ki, pik saatlarda yaranan bu dəyişikliklərə anlayışla və səbirlə yanaşsınlar.

"Əgər gözləmə müddəti 20-25 dəqiqədən artıq olarsa, bu barədə BakuBus-un rəsmi sosial media səhifələrində bizə məlumat verməklərini xahiş edirik", - deyə məlumatda vurğulanıb.

Bizim.Media

Chosen
15
4
bizim.media

5Sources