EN

"5-ci sosial zərf 3 milyondan çox insanı əhatə edəcək" - PROFESSOR / VİDEO

İnnovativ İqtisadi Araşdırmalar İnstitutunun direktor, professor Elşad Məmmədov sosial siyasət haqqında açıqlama verib.

QHT.az xəbər verir ki, professor Azərbaycanda reallaşdırılan sosial zərflər haqqında ətraflı məlumat verərək, ölkədə artıq 5-ci ardıcıl sosial zərfin həyata keçirilməsinin şahidi olduqlarını bildirib. Onun sözlərinə görə, son illər ərzində xüsusilə 2018-ci ildən başlayaraq, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasətin mərkəzində sosial amilin yerləşməsi artıq bir reallığa çevrilib:

"Hazırda həyata keçirilən 5-ci sosial zərf ölkə əhalisinin 3 milyondan çoxunu əhatə edəcək. Bunun üçün büdcədə 1,4 milyard manata yaxın maliyyə vəsaiti nəzərdə tutulub və bu proses hazırda aktiv şəkildə həyata keçirilir. Reallaşdırılan sosial zərf kifayət qədər geniş əhali kateqoriyalarını əhatə edən bir layihə və yanaşma mexanizmidir. Digər tərəfdən, sosial effekti ilə yanaşı, iqtisadi artımın istiqamətinə yönəlmiş bir addımdır".

 

Pərvanə Fərhadqızı

Chosen
8
qht.az

1Sources