EN

“İsrailin hücumu barədə əvvəlcədən bilirdim”

ABŞ Dövlət Departamentinin İsrailin İrana hücumu ilə bağlı “Hücumda bizim iştirakımız olmayıb” açıqlamasından sonra ABŞ prezidenti Donald Tramp ilk açıqlamasını verib.

“İsrailin hücumundan əvvəldən xəbərim var idi”, – deyən Tramp hücuma baxmayaraq, İranla nüvə müzakirələrinin fasiləsiz davam etməli olduğunu bildirib.

Hücumda ABŞ-ın əli olmadığını bildirən Donald Tramp “İranın nüvə bombası ola bilməz”, – deyib.

Biz danışıqlar masasına qayıtmağa ümid edirik. Biz görəcəyik. Onların rəhbərliyində bir neçə nəfər var ki, onlar geri qayıtmayacaq (ölənləri nəzərdə turu – red.).

***

Donald Tramp “Fox News” telekanalına verdiyi açıqlamada İsrailin İrana hücumlarına Tehranın cavabını gözlədiyini bildirib və “Lazım gələrsə, İsraili müdafiə edəcəyik”, – deyib.

Tramp həmçinin hücumdan bir neçə saat əvvəl “İsrailin İrana hücumu qaçılmaz görünmür, lakin bu, böyük ehtimaldır”, – demişdi.

Chosen
9
vaxt.az

1Sources