Ynet: ABŞ ordusu İrana zərbələr endirmək üçün İsrailə qoşula bilər...
Əməliyyatın ilkin mərhələsi uğurlu olarsa, ABŞ silahlı qüvvələri də İrana hücumda İsrailə qoşula bilər.
Poliqon xəbər verir ki, bu barədə İsrailin “Ynet” portalı mənbələrə istinadən məlumat yayıb.
Təhlükəsizlik sferasındakı mənbələrə görə, İsrail əməliyyatının ilkin nəticələri uğurlu olarsa və nəticə çıxararsa, amerikalılar zərbələrə qoşulacaqlar.
Qeyd edək ki, bundan əvvəl prezident Donald Tramp bildirib ki, İran ABŞ-ın obyektlərinə zərbələrə cavab verməyə çalışarsa, ABŞ özünü və İsraili müdafiə etməyə hazırdır.
Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail, məqsədi İranın nüvə və raket proqramlarına zərər vurmaq olan “Am Kelavi” (“Aslanlar milləti”) əməliyyatına başladığını elan edib. Bundan sonra yəhudi dövlətinin ordusu Tehran və Natanz da daxil olmaqla bir neçə əhalinin məskunlaşdığı bölgələrdəki hədəflərə zərbələr endirib. Hədəflər hərbi bazalar, hava hücumundan müdafiə sistemləri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) üzvlərinin yaşadığı yaşayış kompleksləri olub.
Bunun fonunda İranın ali dini lideri Əli Xamneyi xalqa müraciət edib. O, hücumlarda bir neçə alim və komandirin həlak olduğunu bildirib. Eyni zamanda Xamenei bildirib ki, o, İsrailin zərbələrinə cavab olaraq İran qoşunlarına hərəkət azadlığı verib.
Poliqon.info