EN

Öldürülən İran generalları - DOSYE

İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Səlami və SEPAH generalı Qulaməli Rəşid  İsrail ordusunun Tehrana endirdiyi zərbə nəticəsində həlak olub. Bu barədə İran KİV-ləri məlumat yayıb.

Hər iki generalın öldürülməsi İranda şok effekti yaradıb. Bu itkilər İran üçün hərbi baxımdan xeyli sarsıdıcı hesab edilir.

Yenisabah.az hər iki generalla bağlı önəmli nüansları təqdim edir:

Hüseyn Səlami

İslam İnqilabı Keşikçiləri Korpusunun komandanı general-mayor Hüseyn Səlami 1960-cı ildə İsfahan yaxınlığında yerləşən Qolpayeqanda anadan olub. İran-İraq müharibəsinin iştirakçısı olan Səlami 2019-cu il aprelin 21-də İranın ali lideri Əli Xamneyi tərəfinən onu SEPAH-ın yeni baş komandanı təyin edilib. O, bu vəzifədə general-mayor Məhəmməd Əli Cəfərini əvəz edib.

Qulaməli Rəşid

İsrailin son hücumunda öldürülən general-mayor Qulaməli Rəşid 1953-cü ildə İranın Dizful şəhərində doğulub. O, əvvəllər İran Silahlı Qüvvələrinin baş qərargah rəisinin müavini vəzifəsində çalışıb. Qulaməli Rəşid İran-İraq müharibəsinin önəmli komandirlərindən olub.Məhəmməd Əli Cəfəri, Əli Fədavi, Qasım Süleymani və Məhəmməd Baqiri ilə yanaşı, Rəşid də İranın nizami ordusunda komandanlıq şəbəkəsinin üzvü idi. İranlı generala qarşı daha öncə bir neçə dəfə uğursuz sui-qəsd cəhdlərinin baş tutduğu deyilir.

Nazim Hacıyev


Telegram kanalımız
Chosen
45
2
yenisabah.az

3Sources