EN

"İran bu hücuma layiqli cavab verəcək" - İran XİN

İran Xarici İşlər Nazirliyi bu gün səhər İsrailin İrana qarşı həyata keçirdiyi hücumla bağlı açıqlama yayıb.


Manset.az-ın əldə etdiyi məlumata görə, hücum nəticəsində Tehran da daxil olmaqla bir neçə yaşayış məntəqəsi hədəfə alınıb, mülki şəxslər, alimlər və hərbçilər həlak olub.

Nazirlik hücumun BMT Nizamnaməsinin pozuntusu olduğunu və İranın özünümüdafiə hüququna əsasən cavab verəcəyini bəyan edib. BMT və beynəlxalq ictimaiyyət İsrailin bu hərəkətinə qarşı təcili tədbirlər görməyə çağırılıb.

Bəyanatda hücumun ABŞ-ın razılığı ilə həyata keçirildiyi iddia olunub və bütün nəticələrə görə Vaşinqtonun məsuliyyət daşıyacağı vurğulanıb.

Chosen
16
1
manset.az

2Sources