EN

Monteneqro Ukrayna hərbçilərinin təlimində iştirak edəcək

Monteneqro parlamenti ölkənin Aİ-nin Ukraynaya dəstək missiyasında (EUMAM Ukraine) iştirakına səs verib. Bu barədə TASS məlumat yayıb. Məlumata görə, 49 deputat təşəbbüsü dəstəkləyib, üçü isə bitərəf qalıb.

Monteneqronun müdafiə naziri Draqan Krapoviç bildirib ki, Monteneqro hərbçiləri ukraynalı həmkarlarına kimyəvi-bioloji və nüvə müdafiəsi, tibbi təminat, minalardan təmizləmə və əməliyyat hazırlığı sahələrində təlim keçəcəklər. Onun sözlərinə görə, Aİ-nin 24 ölkəsi artıq Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin hazırlanması üçün təlimatçılar və şəxsi heyətlə təmin edib.

Almaniyanın müdafiə naziri Boris Pistorius 2025-ci ildə Ukraynaya daha 1,9 milyard avro hərbi yardım ayırmağı planlaşdırdığını açıqlayıb.Onun sözlərinə görə, “vəsaitlər, digər məsələlərlə yanaşı, uzaqmənzilli raketlərə də yönəldiləcək”. Bundestaq qeyd olunan məbləğin ayrılmasını təsdiqləsə, Almaniyanın 2025-ci ildə Ukraynaya ayırdığı hərbi yardımın ümumi məbləği təxminən 9 milyard avro təşkil edəcək.

Bundan əvvəl Pentaqonun rəhbəri Pit Heqset bildirib ki, ABŞ 2026-cı maliyyə ili üçün büdcədə Ukraynaya çatdırılmaq üçün yeni silahların alınması üçün nəzərdə tutulan vəsaiti azaldacaq. Heqset vurğulayıb ki, ABŞ-ın indiki prezident administrasiyası “bu münaqişəyə çox fərqli baxışa malikdir”.

Əziz Mustafa

Chosen
38
1
oxumeni.az

2Sources