EN

İran qisas almaq fikrinə düşərsə, ABŞ özünü və İsraili müdafiə edəcək – ABŞ prezidenti Donald Tramp

ABŞ prezidenti Donald Tramp “Fox News” telekanalına müsahibəsində deyib ki, o, İsrailin İrana zərbə endirməyi planlaşdırdığını hadisə baş verməmişdən əvvəl bilirdi.

O, həmçinin İranın danışıqlar masasına qayıdacağına ümid etdiyini bildirib: “İranın nüvə bombası olmamalıdır və biz danışıqlar masasına qayıtmağa ümid edirik. Baxacağıq. Lakin rəhbərliyin bir neçəsi artıq geri qayıtmayacaq”, – deyə Tramp bildirib.

ABŞ cavab tədbiri gözləyir və ABŞ Mərkəzi Komandanlığı yüksək hazırlıq vəziyyətindədir. Donald Tramp qeyd edib ki, İran qisas alacağı təqdirdə ABŞ özünü və İsraili müdafiə etməyə hazırdır.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail “Şir millət” əməliyyatına başlayıb. Baş nazir Benyamin Netanyahunun sözlərinə görə, əməliyyat “nə qədər lazım olsa o qədər” davam edəcək. İDF iddia edir ki, İran bir neçə gün ərzində bir neçə bomba hazırlamaq üçün kifayət qədər zənginləşdirilmiş urana malikdir və o, bu “qabaqdan gələn təhlükəyə” qarşı tədbir görməlidir.

//Samir Qurbanov, Editor.az

Chosen
26
editor.az

1Sources