EN

İsrail hava hücumundan bir neçə gün əvvəl İrana qarşı "aldatma əməliyyatı" keçirib, - KİV

Hava hücumundan bir neçə gün əvvəl İsrail İranı heç bir hücum olmayacağına inandırmaq üçün “aldatma əməliyyatı” adlanan əməliyyat keçirib.

Missiya.Az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Adının çəkilməsini istəməyən İsrail rəsmisinin sözlərinə görə, əməliyyat media və siyasi şərhçilərin “aldadılmasından” ibarət olub və bu, son nəticədə İranın təəccüblənməsinə imkan verib.

Rəsmi qeyd edib ki, planda yalnız "bir neçə gizli tərəfdaş" var. Eyni zamanda, İsrail Baş nazirinin ofisi İran və İsraildəki müzakirələrə təsir etmək məqsədi daşıyan elanlar və brifinqlər yayıb.

 

Daşqın HəsənovMissiya.Az

Chosen
26
1
missiya.az

2Sources