EN

İran İsrailin hücumuna sərt cavab verəcək – Silahlı Qüvvələrin sözçüsü Əbülfəzl Şəkərçi

İran Xarici İşlər Nazirliyi bildirib ki, İsrailin İrana hücumu “ABŞ-ın koordinasiyası və icazəsi olmadan baş verə bilməzdi”. Bəyanatda deyilir: “ABŞ hökuməti bu rejimin (İsrail) əsas dəstəkçisi kimi sionist hücumunun təhlükəli nəticələrinə görə də məsuliyyət daşıyacaq”.

İran Silahlı Qüvvələrinin sözçüsü Əbülfəzl Şəkərçi deyib ki, İran İsrailin hücumuna sərt cavab verəcək. O, həmçinin ABŞ-ın Tehrana zərbələr endirməsində iştirakını da bildirib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio ABŞ-ın zərbələrlə heç bir əlaqəsi olmadığını açıqlayıb və İranı Amerikanın maraqlarına zidd hərəkət etməməyə çağırıb.

Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail “Şir millət” hərbi əməliyyatına başlayıb.

//Samir Qurbanov, Editor.az

Chosen
28
editor.az

1Sources