EN

İran ABŞ ilə nüvə danışıqlarını davam etdirməyəcək– Rəsmi Tehran qərarını elan etdi

İran Birləşmiş Ştatlarla aparılan nüvə danışıqlarını davam etdirməkdən imtina edib. AzPost xəbər verir ki, bu barədə qərar ölkənin dövlət televiziyası vasitəsilə ictimaiyyətə açıqlanıb.

Məlumatı ABŞ-ın “New York Times” nəşri yayıb. Bildirilir ki, Tehran danışıqların dayandırılması barədə qərarını Vaşinqtonun son davranışları ilə əlaqələndirib. İran tərəfi bildirir ki, ABŞ tərəfinin qeyri-konstruktiv mövqeyitəzyiq siyasətindən imtina etməməsi danışıqlar üçün uyğun mühit yaratmır.

Qeyd edək ki, İran və ABŞ arasında dolayı yollarla aparılan danışıqlar 2015-ci il nüvə razılaşmasının bərpası və qarşılıqlı öhdəliklərin icrası məqsədilə son aylarda intensivləşmişdi.

Bu qərar Yaxın Şərqdə gərginliyin artdığı bir dövrə təsadüf edir. Ekspertlərin fikrincə, İranın bu addımı bölgədə geosiyasi tarazlığa təsir edə bilər və nüvə silahları ilə bağlı beynəlxalq narahatlıqları artıracaq.

AzPost.az

Chosen
19
azpost.info

1Sources