ABŞ prezidenti Donald Tramp İsrailin İrana zərbəsini müzakirə etmək üçün Nazirlər Kabinetini iclasa çağırır.
Bu barədə mənbələrə istinadən CNN məlumat yayıb. Bundan əvvəl “Reuters” ABŞ-ın İsrailin İrana zərbə endirməsində iştirak etmədiyini və ya yardım göstərmədiyini bildirmişdi.
Qeyd edək ki, iyunun 13-nə keçən gecə İsrail İrana hava zərbəsi endirib. Tehran mediası şəhərdə partlayışların baş verdiyini yazıb. Bakı vaxtı ilə saat 5:00-da İDF İrandakı hərbi obyektlərə zərbələrin birinci mərhələsinin başa çatdığını elan edib.
//Samir Qurbanov, Editor.az