“Mançester Siti”də 2024/25 mövsümünün ən yaxşı futbolçusu məlum olub.
Futbolpress.az xəbər verir ki, bu, müdafiəçi Yoşko Qvardioldur. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
23 yaşlı futbolçu başa çatan mövsümdə 53 oyunda 6 qol vurub, 2 məhsuldar ötürmə edib.