ABŞ prezidenti Donald Tramp İranın qisas alacağı təqdirdə İsraili müdafiə etməyə hazır olduğunu bildirib.
Herbiand.az xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.
"Prezident İranın cavab verib-verməyəcəyini, CENTCOM-un yüksək hazırlıq vəziyyətində olduğunu və İranın cavab verəcəyi təqdirdə ABŞ özünü və İsraili müdafiə edəcək", - deyə kanalın əməkdaşı Cennifer Qriffin bildirib X hesabında yazıb.
Jurnalist əlavə edib ki, Tramp administrasiyası ABŞ-ın zərbələrdə iştirak etmədiyini və hələ də məqsədinin İranı danışıqlar masasına qaytarmaqdır.
Adı açıqlanmayan ABŞ rəsmiləri Qriffinə bildiriblər ki, ABŞ son həftələrdə İsrailin Dəmir Qübbə hava hücumundan müdafiə sistemi üçün raket arsenalını artırıb.