EN

AGM-179A JAGM raketlərinin Niderlanda satışı təsdiqlənib

ABŞ Dövlət Departamenti 215 milyon dollar dəyərindəki JAGM (Joint Air-to-Ground Missiles) raketlərinin Niderlanda satışını təsdiqləyib.

“Poliqon” xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi (DSCA) məlumat yayıb.

Bildirilib ki, sifarişə 296 ədəd AGM-179A JAGM “hava-yer” raketinin satın alınması, eləcə də onlara təmir, texniki xidmət, ehtiyyat hissə və logistika dəstəyinin göstərilməsi daxildir.

Sözügedən sifarişin baş podratçı ABŞ-ın “Lockheed Martin” şirkəti olacaq.

Qeyd olunub ki, JAGM raketləri Niderland Hərbi Hava Qüvvələrinin AH-64 ağır döyüş helikopterləri tərəfindən istifadə ediləcək.

Chosen
17
poliqon.az

1Sources