EN

Əbdülrəhim Musəvi: “Şəhidlərin qanı yerdə qalmayacaq” – ÖZƏL

Olaylar.az xəbər verir ki, İran Ordusunun Baş Komandanı, ordu generalı Əbdülrəhim Musəvi İsrailin İrana qarşı həyata keçirdiyi hava hücumlarından sonra açıqlama yayıb.

Musəvi hücum nəticəsində şəhid olan komandanlar, alimlər və günahsız mülki şəxslər üçün Ali Lider Ayətullah Xameneiyə və İran xalqına başsağlığı verib. O, hücumu "cinayət xarakterli və təcavüzkar hərəkət" adlandırıb.

"Zalım sionist rejim hərbi, mülki və yaşayış bölgələrinə vəhşicəsinə hücum edərək xalqımızdan, komandanlarımızdan və elm adamlarımızdan bir qismini şəhid etdi," - deyə general bildirib.

O əlavə edib: "Bu rejim qadınların, uşaqların və yaşlıların qanını axıtmaqla, bombalamalarla ömrünü uzatmaq niyyətindədir, amma dünya onun vəhşi təbiətini yaxşı tanıyır."

Musəvi İran xalqının izzət və iradəsinin heç də asan qazanılmadığını vurğulayaraq deyib: "Sionist rejim İran xalqının iradəsini sarsıtmaq gücündə deyil."

Sonda general bildirib: "Silahlı qüvvələrimiz Ali Liderin əmri ilə bu hücumun təşkilatçılarına və dəstəkçilərinə ağır cəza verəcək. Şəhidlərin qanı əsla yerdə qalmayacaq, inşallah."

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
37
olaylar.az

1Sources