Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərən “Bakı Şəhər İşığı” Elektrik Şəbəkə Müəssisəsi ofis mebelləri almaq üçün yeni müqavilə imzalayıb.
Müəssisə bu məqsədlə 19 min 264 manat vəsait xərcləyəcək.
Rəsmi satınalma məlumatlarına əsasən, müqavilə “Mez Group” MMC ilə bağlanıb. Satın alınacaq mallar sırasında rəhbər kreslosu, işçi masaları, dolablar və digər ofis mebelləri yer alır.
Qeyd edək ki, müəssisəyə rəhbərlik edən şəxs Eldar Eldarovdur. (Pravda.az)