EN

Ölkə üzrə axtarışda olan 141 nəfər saxlanıldı, 77 cinayətin üstü açıldı - DİN

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən verilən məlumata görə, iyunun 12-də ölkə ərazisində 77 yeni cinayət faktı qeydə alınıb, əvvəlki dövrlərdən bağlı qalan 13 cinayətin açılması təmin olunub.

Həmin gün ərzində axtarışda olan ümumilikdə 141 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. Onlardan 87-si borclu şəxs qismində axtarılırdı.

Polis əməkdaşları tərəfindən narkotiklərlə əlaqəli 55, qanunsuz saxlanılan silah-sursatla bağlı isə 13 fakt aşkarlanaraq hüquqi tədbirlər görülüb.

Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb. Hazırda araşdırmalar davam etdirilir.

Chosen
10
39
news365.az

10Sources