EN

Deputat: "Alim Qasımovu izləyərkən zövq aldım"

Son günlər sosial şəbəkələrdə Xalq artisti, dünya şöhrətli muğam ustası Alim Qasımovun bir el şənliyində rep ifa etməsi ilə bağlı yayılan görüntülər geniş müzakirələrə səbəb olub. Sürətlə yayılan video müxtəlif tənqidi fikirlərlə qarşılanıb və ictimaiyyət arasında maraqlı reaksiyalara səbəb olub.

Deputat Fazil Mustafa Demokrat.az-a açıqlamasında bildirib ki, Xalq artistinin toyda pozitiv, şən, ritmik bir performansla insanlara əhval-ruhiyyə ötürməsi tamamilə normaldır, hətta alqışlanasıdır:

“Toy xalqın sevinc yeridir, orada ciddi, qaraqabaq durmaq gözlənilə bilməz. Əgər çıxışda heç kim təhqir olunmayıb, etik sərhədlər aşılmayıbsa, orada verilən enerji və səmimiyyət irad deyil, dəstək doğurmalıdır. Sənətkarın forması istər rep, istər muğam, istər estrada fərq etməz, əsas odur ki, xalqla bağ qurmağı bacarır. Buna görə tənqidlər çox vaxt şəxsi zövqə və bəzən də qərəzə əsaslanır. Sənətkar şənlik yerində şadlıq gətirirsə, bu, onun peşəkarlığının və xalqla yaxınlığının göstəricisidir”.

Leyla Turan 
Demokrat.az
Chosen
50
1
demokrat.az

2Sources