İran İsrailin hücumlarından sonra ABŞ ilə nüvə danışıqlarını dayandırdığını açıqlayıb.
Missiya.Az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.
Bildirilib ki, İran iyunun 15-də Omanın paytaxtında ABŞ-la keçirilməsi planlaşdırılan nüvə danışıqlarında iştirak etməyəcək.
Qeyd edək ki, İsrail səhər saatlarında İranın bir sıra şəhərlərinə hava zərbələri endirib. Hücumlarda İranın Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Baqeri, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) baş komandanı, general-mayor Hüseyn Səlami və nüvə alimləri də daxil olmaqla yüksək rütbəli hərbçilər həlak olub.
Daşqın HəsənovMissiya.Az