EN

"Qarabağ" bu qadağanı pozmadı, onlara jest etdi

"Qarabağ"ın İsmayıl İbrahimli ilə yollarını ayırmasının səbəbi bəlli olub.

Ağdam klubu "Zirə"yə jest edərək, 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verib.

İsmayıl son iki mövsümdə icarə əsasında qəsəbə təmsilçisində çıxış edib.

İbarhimli sön mövsümdə bütün turnirlərdə 40 oyunda bir qol və üç ötürmə ilə yadda qalıb.

Qaydalara əsasən, Azərbaycanda hansısa klub bir futbolçusunu ardıcıl üç sezon eyni komandaya icarəyə verə bilməz.

Bu halda o, ya məxsus olduğu yerə qayıtmalı, ya da sərbəst azad agent statusu almalıdır.

"Qarabağ" da ikinci yolu seçib. "Qartallar"ın onların yetirməsi ilə sərbəst müqavilə imzalaması üçün. Premyer Liqanın gümüş medalçısı da məhz belə edib.

Milliyə də dəvət alan İsmayılla ikiillik kontrakta imza atıblar.

SPORTİNFO.AZ

Chosen
23
sportinfo.az

1Sources