EN

Flik "Bayern"dən tanıdığı forvardı "Barselona"ya gətirir

"Barselona"nın baş məşqçisi Hans-Diter Flik klub rəhbərliyindən yay "transfer pəncərəsi"ndə xorvatiyalı yarımmüdafiəçi İvan Perişiçi transfer etməsini istəyir. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Mundo Deportivo" yayıb. 

Mənbənin məlumatına görə, almaniyalı mütəxəssis rəhbərliyi ötən mövsüm PSV-də çıxış edən 36 yaşlı xorvatiyalı futbolçunun kataloniyalılara faydalı olacağına inandırmağa çalışır. Təcrübəli mütəxəssis Perişiçin təcrübəli və hərtərəfli oyunçu olmasını önə çəkir. Bu da təsadüfi deyil: ikili "Bayern Münhen"də birlikdə çalışıblar. 

Qeyd edək ki, İvan Perişiç ötən mövsüm PSV-nin heyətində bütün turnirlərdə 39 oyun keçirib, 16 qol vurub və 11 məhsuldar ötürmə edib.

Mirağa

Chosen
8
1
fanat.az

2Sources