EN

Kosaçev: İsrailin hərəkətlərinə heç bir tərəfdən haqq qazandırmaq olmaz

İsrailin hərəkətlərinə hüquqi, siyasi, hərbi və mənəvi baxımdan haqq qazandırmaq olmaz.

Turkustan.az xəbər verir ki, bu fikri Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçev özünün Telegram kanalında İsrailin İrana zərbələrini şərh edərkən bildirib .

Onun sözlərinə görə, ötən gecə dünya üçün həm hərfi, həm də məcazi mənada ağır olub.

"İsrailin hərəkətlərinə hüquqi, siyasi, hərbi və ya mənəvi nöqteyi-nəzərdən bəraət qazandırmaq olmaz. Genişmiqyaslı müharibədən qaçmaq üçün illüziya olsa da, yeganə ümid beynəlxalq ictimaiyyət tərəfindən bu əməliyyatın birləşmiş şəkildə pislənməsidir", - Kosaçev qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
24
1
turkustan.az

2Sources