EN

Moskva Dövlət Universitetinin Bakı filialı 2025/2026-cı tədris ili üçün bakalavr səviyyəsinə qəbul elan edir

Bakı, 13 iyun, AZƏRTAC

M.V. Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı 2025/2026-cı tədris ili üçün bakalavr səviyyəsinə qəbul elan edir.

Qəbul aparılan ixtisasların siyahısı, qəbul planı, qəbul qaydaları və s. məlumatlarla elanın tam mətnində (Azərbaycan dilində, rus dilində) tanış ola bilərsiniz.

AZƏRTAC xəbər verir ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialının bakalavr səviyyəsinə qəbul olunmaq haqqında ərizə qəbulu elektron qaydada 13 iyun saat 10:00-dan 14 iyul saat 12:00-dək aparılacaq. Ərizə göstərilən tarixədək filialın msu.az saytında və yaxud dim.gov.az saytında verilən keçid vasitəsilə doldurula bilər.

Ətraflı məlumat üçün əlaqə vasitələri:

E-mail: [email protected]

Əlaqə nömrələri: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mobil)

Chosen
25
3
azertag.az

4Sources