EN

Tramp: Hindistan-Pakistan müharibəsini bir zənglə dayandırdım

ABŞ prezidenti Donald Tramp Hindistan-Pakistan müharibəsi ilə bağlı danışıb.

Turkustan.az xəbər verir ki, Tramp Ağ Evdə imzalanma mərasimindən sonra mətbuata açıqlama verib.

Keçən ay Hindistan və Pakistan arasında baş verən münaqişə zamanı hər iki ölkənin liderləri ilə təkbətək telefon danışığı apardığını qeyd edən Tramp: “Mən onlara dedim ki, “müharibə edib ətrafa nüvə silahı atmağa başlasanız, bizimlə iş görə bilməzsiniz. Mən bu müharibəni dayandırdım və bunu telefon danışıqları və ticarətlə etdim"-deyə, bildirib.

Hindistanın hazırda ABŞ ilə ticarət razılaşması üçün danışıqlar apardığını bildirən Tramp Pakistanla danışıqların gələn həftə başlaya biləcəyinə işarə edib.

Aytən Yaşar/ Turkustan.az

Chosen
21
1
turkustan.az

2Sources