Macarıstan və Slovakiyanın hakimiyyət orqanları Avropa Komissiyasının Rusiyadan enerji resurslarından məcburi imtina ideyası ilə razılaşmaq niyyətində deyillər, Macarıstanın xarici işlər naziri Peter Siyarto cümə axşamı bildirib.
Macarıstanın xarici işlər naziri sosial şəbəkədə yazıb: "Bu gün slovakiyalı həmkarım Juraj Blanar ilə telefonda mövqeyimizi müzakirə etdik. Biz razılaşdıq ki, suverenliyimizin bu qədər ciddi şəkildə pozulmasını qəbul edə bilmərik".
Siyarto qeyd edib ki, Macarıstan nöqteyi-nəzərindən bu mümkün deyil. "Nazirlər bizi Rusiyadan qaz, neft və nüvə yanacağı almağı dayandırmağa məcbur etmək istəyən fon der Leyen/Zelenski təklifini müzakirə edəcəklər”, - Macarıstanın xarici işlər naziri yazıb.
Siyartonun sözlərinə görə, energetika siyasəti Aİ-yə üzv dövlətlərin öz daxili işidir və Avropa Komissiyası buna müdaxilə etməməlidir.
Əziz Mustafa