Pakistanın Baş naziri Şahbaz Şərif İsrailin İrana hücumunu pisləyib.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, o, hücumlar nəticəsində həlak olanlarla əlaqədar İrana başsağlığı verib.
"Biz beynəlxalq ictimaiyyəti və BMT-ni regional və qlobal sülhü təhlükə altına ala biləcək gərginliyin daha da artmasının qarşısını almaq üçün təcili tədbirlər görməyə çağırırıq", - o bildirib.