EN

Azərbaycanla oyunda debüt etdi, Premyer Liqa klublarının maraq dairəsində yer aldı

Macarıstan millisinin qapıçısı Balaş Tot Azərbaycan yığması ilə yoldaşlıq görüşündə debüt edib.

Sportinfo.az yerli mətbuata istinadən xəbər verir ki, bu, 27 yaşlı qolkiperin diqqət mərkəzinə düşməsinə səbəb olub.

Çempionşip təmsilçisi “Blekbern”də çıxış edən Tot bir müddətdir İngiltərə Premyer Liqa klublarının maraq dairəsindədir.

Onun Macarıstan yığmasına çağırılması və əsas heyətdə meydana çıxması həmin klub rəhbərlərinin fikrini qətiləşdirmələrinə yol açıb.

Matçda 58 dəqiqə meydanda olan Tot uğurlu performans göstərib. Qolkiperinin yüksəlişini və digər klubların maraqlanmasını nəzərə alan “Blekbern” də ona yeni müqavilə təklif etməyi düşünür.

“Liv Bona Dea Arena”da keçirilən Azərbaycan – Macarıstan oyununda qonaqlar 2:1 hesablı qələbə qazanıb.

Chosen
20
sportinfo.az

1Sources