Masallı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun 131-ci kilometrliyində, Masallı ərazisindən keçən hissədə baş verib.
Lerikin Pirasora kənd sakini, 1959-cu il təvəllüdlü Teyyub Balağa oğlu Bağırovun idarə etdiyi "Nissan" markalı avtomobil qarşı tərəfə keçmək istəyən piyadanı vurub.
Piyada aldığı ağır xəsarətlər nəticəsində hadisə yerindəcə dünyasını dəyişib.
Hazırda həyatını itirən şəxsin kimliyi müəyyənləşdirilir. Əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu