“Mən heç “Kərimə” dövlətinin nə olduğunu bilmirəm. Mənim onlarla bağlı heç bir problemim olmayıb. Nə deyim vallah. Bunu onların özündən soruşmaq lazımdır. Mən xəbərim yoxdur”.
Bunu “Yeni Sabah”a AMEA Riyaziyyat-Mexanika İstitutunun direktoru Misir Mərdənov deyib.
Xatırladaq ki, terrorçuluqda təqsirləndirilən "Qisas qrupu" üzvlərinin məhkəmə prosesində səslənən ittihamlardan biri sözügedən şəxslərin Misir Mərdanov və “Real TV”nin rəhbəri Mir Şahin Ağayevə sui-qəsd hazırlmaları qeyd olunub.
Sabiq təhsil naziri Misir Mərdanov bununla bağlı “Yeni Sabah” əlavə təfərrüat verməyib. Buna görə də yalnız ehtimallar qurmaqdan başqa çıxış yolu qalmır.
Radikal qrupun sui-qəsd təşkil etməsinin motivi ilə bağlı yeganə ehtimal Misir Mərdanovun təhsil naziri olduğu dövrdə, daha doğrusu, 2010-cu ildə qəbul etdiyi qərarla bağlı ola bilər.
Həmin il noyabrın 23-də o, orta məktəblərdə şagirdlərin baş örtüyü ilə dərsə gəlməsinin qadağan olunduğunu bəyan etmişdi. Bu qərar ciddi etirazla qarşılanmış və kütləvi aksiyalarla müşayiət olunmuşdu.
2018-ci ildə isə Elm və Təhsil Nazirliyi məktəblilərin geyiminə dair qərarın orta məktəblərin daxili nizamnaməsi ilə tənzimləndiyini elan etmişdi. Bu, “hicab qadağası”nın aradan qaldırıldığına işarə idi.
Nazim Hacıyev
Telegram kanalımız