EN

İsrailin hücumundan sonra İran tüməni dəyər itirdi

İsrailin 13 iyun gecə saatlarında İrana qarşı həyata keçirdiyi hava və raket hücumlarından sonra İran daxilində maliyyə bazarlarında ciddi təlatüm yaşanıb.

Modern.az xəbər verir ki, səhər saatlarında ABŞ dollarının qeyri-rəsmi (qara) bazarda məzənnəsi 98 050 tümənə (və ya 980 500 rial) yüksəlib. Bu 24 saat ərzində 15 300 tümənlik artım, başqa sözlə təxminən 18,5 faiz bahalaşma deməkdir.

Mütəxəssislər bunu tümənin ABŞ dollarına qarşı yeni anti-rekordu kimi qiymətləndirir. Qiymət artımı ölkə daxilində maliyyə sabitliyinə və əhali arasında panikaya səbəb olub.

Chosen
4
modern.az

1Sources