EN

ABŞ Ukraynaya əlavə 300 milyon dollar yardımın qarşısını kəsdi: Səbəb nədir?

Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi ABŞ-ın 2026-cı maliyyə ili üçün müdafiə büdcəsini təsdiqləyib, müdafiə xərclərini 2025-ci il səviyyəsində proqnozlaşdırıb və Ukraynaya əlavə 300 milyon dollar yardım ayırmaqdan imtina edib...

Poliqon BreakingDefence-yə istinadən xəbər verir ki, layihəyə görə, 2026-cı ildə ABŞ-ın müdafiə xərcləri 832 milyard dollar təşkil edəcək. Bu da cari ildəki müdafiə xərclərinə uyğundur. Eyni zamanda, başqa məqsədlər üçün istifadə olunmayan vəsait hesabına xərclər potensial olaraq 1 trilyon dollara qədər arta bilər.

Digər məsələlərlə yanaşı, ABŞ gələn il "Qızıl Qübbə" raket qalxanı ilə bağlı raketdən müdafiə və kosmik proqramlara 13 milyard dollar, 69 F-35 qırıcısına 8,5 milyard dollar və gəmiqayırma, xüsusən də Pentaqonun planlarına daxil olmayan iki "Arleigh Burke" sinifli esmines üçün 36,9 milyard dollar xərcləyə bilər.

Eyni zamanda konqresmenlər müdafiə büdcəsi qanun layihəsinə Ukraynaya yardımın 300 milyon dollar artırılmasını nəzərdə tutan düzəlişi dəstəkləməyiblər. Səsvermə yolu ilə rədd edilib.

Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin sədri Tom Koul səsvermədən əvvəl xəbərdarlıq edib ki, Ukraynaya ayrılan maliyyənin artırılması müdafiə büdcəsinin uğursuzluğuna səbəb ola bilər, çünki bəzi respublikaçılar düzəlişin əleyhinə olacaq. O, əlavə edib ki, demokratlar müdafiə büdcəsinə daxil olan mühafizəkar siyasətlərə görə onu dəstəkləməyəcəklər.

"Mən bunu ardıcıl olaraq Ukraynanı dəstəkləyən biri kimi deyirəm. Ən böyük yardım paketi üçün qanun layihəsini mən yazdım və bu barədə fikrim dəyişməyib, amma siyasət praktikdir... Mən müdafiə qanun layihəsini təsdiq etmək istəyirəm və onu dəstəkləyənləri bölməkdə maraqlı deyiləm", deyə konqresmen izah edib.

Poliqon.info

Chosen
26
poliqon.info

1Sources