EN

Azərbaycan vətəndaşları dövlətin verdiyi qərartlara inamla yanaşır – EMİN HƏSƏNLİ

Son hadisələr bir daha göstərdi ki, Azərbaycan dövləti verdiyi qərarların hamısı nə qədər ölçülü biçili və dəqiq dövlətin və millətin maraqlarına uyğun qərarlar.

Herbiand.az xəbər verir ki, bu sözləri son hadisələr fonunda quru sərhədlərin bağlı qalmasını şərh edən hərbi ekspert Emin Həsənli bildirib.

Emin Həsənli quru sərhədlərin hələ də açılmamasının ölkənin milli təhlükəsilziy ilə birbaşa bağlı olduğunu bildirib: “Sərhədlərin açılmamasının təhlükəsizliklə bağlı olduğunu ölkə başçısı, Ali Baş Komandan, cənab Prezident bəyan etmişdir. Son iki hadisə Ukraynanın Rusiyanın içərisində keçirdiyi əməliyyat və İsrailin İranda keçirdiyi əməliyyat bizim bölgəmizin nə qədər təhlükəli bir bölgə olduğunun göstəricisidir və Azərbaycan dövləti də hər zaman doğru düzgün qərarlar aldığına görə dövlətin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü qorunur, eyni zamanda vətəndaşların təhlükəsizliyi qorunur. Böyük təhdidlərdən böyük təzyiqlərin qarşısında  Azərbaycanın milli maraqlarına uyğun siyasət həyata keçirilir”.

Hərbi ekspert Azərbaycan vətəndaşlarının dövlətin bu istiqamətdə verdiyi qərartlara inamla yanaşdığını, səbr nümayiş etdirdiyini söyləyib:

“Kiçik bir qisim isə buna etirazını bildirirdi və həmin kiçik qisim də görməlidir ki, necə bu qərarlar ölkəmizin təhlükəsizliyi naminə vacibdir, zəruridir”.

Emin Həsənli əmindir ki, Azərbaycan vətəndaşlarının bundan sonra da dövlətimizin ətrafında daha möhkəm birləşəcək, dövlətçiliyin, müstəqilliyin qorunması üçün hər zaman səfərbər olacaq.

“Xüsusən təhlükəsizlik baxımından bu cür qərarlar çox önəmlidir. Bu, həm vətəndaşlarımız üçün, həm ölkəmiz üçün dünyada terror təhdidləri, müharibələr, hücumlar çoxalıb, müasir texnologiyadan da istifadə edirlər. Bəzən ölkənin özünün içərisindən təhdidlər olur. Kənardan qüvvələr ölkə içərisində belə qarışıqlar yaradır. Ona görə də Azərbaycan dövlətinin atdığı qabaqlayıcı addımlar çox tədqirə layiqdir”.

Chosen
46
1
herbiand.az

2Sources