EN

UEFA bu klubu avrokuboklardan kənarlaşdırdı

UEFA "Droqheda Yunayted" klubunu UEFA Konfrans Liqasından kənarlaşdırıb.

Publika.az xəbər verir ki, bu barədə İrlandiya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

"Ay-ulduzlular" Danimarkanın “Silkeborq” klubu ilə eyni yarışda mübarizə aparacaq ki, bu da Avropanın ali futbol qurumunun qaydalarına ziddir. Hər iki klub eyni şirkət tərəfindən maliyyələşdiyi üçün UEFA İrlandiya komandasının Konfrans Liqasında iştirakının əleyhinədir.

Qeyd edək ki, "Droqheda Yunayted" UEFA-nın qərarından İdman Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcəyini bəyand edib.

Chosen
8
publika.az

1Sources