EN

Teymur Musayev: Bu gün xərçəng diaqnozu artıq qaçılmaz son deyil

Oxu.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

"Türk dövlətləri arasında onkologiya sahəsində əməkdaşlıq güclənir".

Oxu.Az xəbər verir ki, bu fikirləri Bakıda keçirilən Türk Dövlətləri Təşkilatı Onkoloqlarının Birinci Konqresində çıxışı zamanı Azərbaycanın səhiyyə naziri Teymur Musayev səsləndirib.

Nazirin sözlərinə görə, Azərbaycanın ev sahibliyi etdiyi bu konqres Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında səhiyyə, xüsusən də onkoloji xidmət sahəsində əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu göstərir:

"Bu, birgə elmi-tibbi təcrübə mübadiləsinin, ortaq layihələrin və innovativ yanaşmaların inkişafı üçün platformadır".

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Nazir vurğulayıb ki, onkoloji diaqnoz artıq ümidverici müalicə çağırışına çevrilib.

O bildirib ki, erkən diaqnostika, kompleks müalicə üsulları və dövlət dəstəyi nəticəsində Azərbaycanda onkoloji xəstəliklərə yanaşma dəyişib:

"Bu gün xərçəng diaqnozu artıq qaçılmaz son deyil, həyat keyfiyyətinin qorunması və bərpası məqsədilə mümkün və effektiv müalicənin başlanğıcı kimi qəbul edilir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
29
2
oxu.az

5Sources