Rusiyanın Moskva şəhərində fərdi evdə yanğın baş verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı TASS məlumat yayıb.
Bildirilib ki, yanğın nəticəsində 5 uşaq ölüb.
İlkin yanğınsöndürmə-xilasetmə qüvvələrinin müdaxiləsi ilə ev 72 kvadratmetr sahədə yanıb.
Yanğının söndürülməsi zamanı 5 uşağın cəsədi aşkarlanıb.
Qeyd olunub ki, onların 1, 9, 11 və 17 yaşları olub.