BAKI,TurkicWorld
Sionist rejim İran xalqının böyüklüyünü və iradəsini hələ də dərk etmir
TurkicWorld xəbər verir ki, bu barədə İran İslam Respublikası Ordusunun Baş Komandanı general-leytenant Əbdürrəhim Musəvi bildirib.
Musəvi qeyd edib ki, bu xalqın iradəsində zərrə qədər də çat yarada bilmək, İsrail kimi zəif və rəzil bir rejimin bacaracağı bir iş deyil.
“İran xalqı öz izzətini canı və qanı bahasına qazanıb və ondan bir addım da geri çəkilməyəcək”- deyə o bildirib.
General Musəvi bəyan edib ki, Ali Baş Komandanın əmri ilə Silahlı Qüvvələrə bu təcavüzdə iştirak edənlərə, onların əmr verənlərinə və dəstəkçilərinə qarşı “sərt cəza tədbirləri” görmək tapşırılıb.
Qeyd edək ki, İsrail cümə gecəsi Tehran və digər şəhərlərə qarşı genişmiqyaslı hərbi hava zərbələri həyata keçirib. Paytaxtın müxtəlif hissələrində yaşayış binalarının dağıdıldığı, qadın və uşaqların da həyatını itirdiyi təsdiqlənib.