İsrailin İrana hücumundan sonra neft bahalaşır.
“Cebheinfo.az” xəbər verir ki, qiymətlərin yüksək səviyyəyə çatacağı proqnozlaşdırılır.
Belə ki, əməliyyatlara görə Hörmüz boğazının bağlanma ehtimalı var. Hətta ekspertlər bu ehtimalın tarixdə ilk dəfə belə yüksək olduğunu deyirlər. “JP Morgan”ın proqnozuna əsasən, Hörmüz boğazı bağlanacağı təqdirdə, neft qiymətləri 130 dollara qədər çata bilər.