İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir ölkədə səfərbərlik başladığını açıqlayıb.
O, bu barədə xalqa müraciətində bildirib.
"Yalnız uğur vəd etmirik. Verəcəyimiz cavab indiyədək gördüklərimizə bənzəməyəcək. Müdafiəyə hazırıq", – deyə Eyal Zamir bəyan edib.
Məlumata görə, təxminən 10 min ehtiyatda olan hərbçi səfərbərliyə cəlb olunacaq.