EN

Neft sektoru büdcəyə 17 milyard 969 milyon manat töhvə verib

"Neft sektorundan daxilolmalar isə əvvəlki illə müqayisədə 1.0 faiz azalıb".

Bakıvaxtı.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Vüqar Bayramov deyib.

Onun sözlərinə görə, neft sektoru büdcəyə 17 milyard 969 milyon manat töhvə verib:

"Təqdim olunan hesabatda azalma təbii qazın 1 m3-nin və “Azəri Light” markalı xam neftin 1 barelinin dünya bazarında qiymətlərinin müvafiq olaraq 18,1 faiz və 4,2 faiz azalması ilə əlaqədardirilib.  Bununla belə, 2024-cü ildə Brent markalı neftin bir barelinin orta qiyməti 81, Azeri Light” markalı neftin bir barelinin orta illik qiyməti 82,8 ABŞ dollar olub. Bu isə dövlət büdcəsində nəzərdə tutulan 75 dollardan 10.4 faiz çoxdur".

V.Bayramov qeyd edib ki, belə olan halda neftin dünya bazar qiyməti dövlət büdcəsində nəzərdə tutulan rəqəm ilə müqayisədə çox olduğundan bu sektor üzrə fiskal gəlirlərimizin azalması səbəblərinin daha detal araşdırılması məqsədəuyğundur. 

Nəzərə çatdırıb ki, ümumi neft qiymətlərindəki azalma fiskal gəlirlərdən daha çox suveren fondun yığımlarına təsir etməlidir.

Mina Mikayılova

Chosen
23
1
bakivaxti.az

2Sources