EN

Dünyanın ən böyük amfibiya təyyarəsi kütləvi istehsala keçib

Dünyanın ən böyük amfibiya təyyarəsi Çində istehsal olunan AG600 seriyalı istehsala keçib.

Editor.az xəbər verir ki, bu barədə Çin Aviasiya Sənayesi Korporasiyası məlumat yayıb.

Qeyd olunur ki, AG600 istehsal lisenziyasını iyunun 11-də alıb və rəsmən seriyalı istehsal mərhələsinə daxil olub.

Amfibiya təyyarəsinin uzunluğu 38,9 metr, hündürlüyü 11,7 metr, qanadlarının açıqlığı isə 38,8 metrdir. AG600-ün maksimum uçuş çəkisi 60 ton, maksimum praktik uçuş məsafəsi isə 4,5 min km-ə çatır.

Təyyarənin yanğınsöndürmə və suda xilasetmə əməliyyatları üçün istifadə edilməsi planlaşdırılır. O, həmçinin dəniz mühitinin monitorinqi, sərnişinlərin və yüklərin daşınması, faydalı qazıntı yataqlarının kəşfiyyatı üçün əlavə avadanlıqla təchiz oluna bilər.

//Gülnarə Abasova, Editor.az

Chosen
20
editor.az

1Sources