EN

İranın Baş Qərargahı bəyanat YAYDI

Ajans.az xəbər verir ki, İran Müdafiə Nazirliyinin mətbuat xidməti bəyanatdan sitat gətirir:  “Qüdsü işğal etmiş terrorçu rejim bütün qırmızı xətləri keçib və indi bu cinayətə cavab vermək üçün heç bir maneə yoxdur. İlahi qisas əli qəddar terrorçu rejimi və onun müttəfiqlərini cəzalandıracaq”. Bundan əvvəl məlum olub ki, İsrailin hücumu nəticəsində İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Məhəmməd Baqiri həlak olub. Xatırladaq ki, iyunun 13-nə keçən gecə İsrail Müdafiə Qüvvələri (IDF) təyyarələrin İranın hərbi obyektlərinə hücum etdiyi əməliyyata başlayıb. Zərbələr Nətanz, Xürrəmabad və Həmədan şəhərlərini əhatə edib.

©️ Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Chosen
41
46
Ajans.az

10Sources