EN

MOSSAD İranda baza yaradıb, hücuma başladı - İnanılmaz

Cümə günü səhər MOSSAD İranın mərkəzində əməliyyatlar keçirib.

Axar.az xəbər verir ki, bu barədə “Yerusəlim Post” nəşri məlumat yayıb.

Bildirilib ki, əməliyyatların məqsədi İranın strateji raket imkanlarına zərbə vurmaqdır.

Onların həmçinin Tehranın hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmağı hədəflədikləri də qeyd edilib.

Məlumata görə, MOSSAD İranın mərkəzində kamikadze PUA-larından ibarət hərbi baza yaradıb və bu gün onlardan “Yüksələn şir” əməliyyatı çərçivəsində istifadə edib.

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.

Chosen
15
3
axar.az

10Sources