EN

Milli dəyərlərə hücum var, türk ailə modelinə qlobal təhlükə yaranıb AÇIQLAMA

ain.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

Hörmət itəndə, ailə də itir

Son illərdə efirlərdə bir sıra verilişlərdə ailə dəyərlərimiz gözdən salınır

“Belə atalar sözü var; ər pozularsa, ailə pozular, qadın pozularsa, ulus pozular. Atalar sözü elə-belə, heç nədən yaranmır. Bunun çox dərin mənası var”

Bakıda Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclası keçirilib. İştirakçılar son zamanlar ailə institutunda yaşanan böhranın səbəbləri barədə danışıb, problemin həll yollarını müzakirə ediblər. Birləşmiş ərazi icmalarının ailə məsələləri və sosial siyasətinə cavabdeh olan nazirlərin və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində “Güclü Ailələr, Güclü Cəmiyyətlər: Birləşdirilmiş Ərazilərdə Ailələrə Dəstək Siyasəti” və “Middle Transpolio: Digital Transpoliodan 360°-yə qədər” mövzularında paralel tədbirlər keçirilib. Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova qeyd edib ki, son zamanda Azərbaycanda ailələrə dəstəklə bağlı fəaliyyət əhəmiyyətli dərəcədə fəallaşıb. “Azərbaycanda bölgələrdə yaşayan ailələrin dəstəklənməsi ilə bağlı proqramlar həyata keçirilir. Gənc ailələrin iqtisadi və psixoloji baxımdan dəstəklənməsinə yönəlmiş layihələr də mövcuddur. Erkən nikahların, məişət və gender zorakılığının qarşısının alınması üçün hüquqi və sosial mexanizmləri təkmilləşdiririk, ailələrin rəqəmsal savadlılığını və dayanıqlılığını artırırıq”, – deyə o bildirib. B.Muradovanın sözlərinə görə, ailənin əsas funksiyası – gənclərin ictimai şüurunu möhkəmləndirən, mənəvi və etik dəyərləri ötürən qoruyucu bir institut olmaqdır. “Azərbaycan Konstitusiyası və Ailə Məcəlləsi ailəni cəmiyyətin təməli kimi tanıyır və dövlət tərəfindən onun xüsusi qorunmasını təmin edir. Ailənin hər bir üzvünün hüquqları məhkəmə qaydasında təmin olunur və qorunur”, – deyə o vurğulayıb. Komitə sədri qeyd edib ki, gəncləri dinləmək, onların suallarına cavab vermək və sağlam mənəvi prinsiplərə əsaslanan bir cəmiyyətin formalaşdırılması üçün addımlar atmaq olduqca vacibdir. Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin gənclər və ailə məsələləri üzrə komitəsinin sədri Kayrat Kambarov bildirib ki, ölkədə ailə institutunun möhkəmləndirilməsi üzrə tədbirlər ardıcıl şəkildə həyata keçirilir: “Dövlət ailə institutunun möhkəmləndirilməsi, anaların və uşaqların qorunması, eləcə də, gender bərabərliyinin qorunması üzrə tədbirləri ardıcıl şəkildə həyata keçirir”. K.Kambarov qeyd edib ki, ailə institutunun gücləndirilməsi və onun müsbət obrazının formalaşdırılması məqsədilə Qazaxıstanda genişmiqyaslı tədbirlər, festivallar və aksiyalar keçirilir. Uşaqlı analar üçün xüsusilə vacib olan güzəştli iş qrafiki imkanları da daxil olmaqla, hibrid məşğulluq formalarının inkişafı üçün tədbirlər nəzərdə tutulub. Türk Dövlətləri Təşkilatının baş katibi Kubançıbek Ömüralıyev deyib ki, türk dünyasında ailənin hər zaman xüsusi və hörmətli yeri olub: “Bu, cəmiyyətin qurulduğu təməl, ənənələrin ötürüldüyü, dəyərlərin bölüşüldüyü və qarşılıqlı qayğı ilə məsuliyyətin özünü göstərdiyi məkandır. Nəsillər boyunca xalqlarımız güclü birlik hissini, böyüklərə hörməti və möhkəm ailə bağlarını qoruyub saxlayıb”. Ömüralıyevin sözlərinə görə, ailə institutunu dəstəkləməklə, türk dövlətləri qadınlara, uşaqlara və gənclərə müasir çağırışların öhdəsindən gəlməkdə kömək edir, bu da gələcəkdə harmoniya və dayanıqlılığa töhfə verir. “Bugünkü görüş Təşkilatın ailə və sosial gündəliyinin təşviqinə yönəlmiş birgə səylərimizdə mühüm addımı təmsil edir”, – deyə baş katib vurğulayıb. Tədbirin sonunda Türk Dövlətləri Təşkilatının ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazir və qurum rəhbərlərinin ikinci iclasının nəticələrinə dair birgə kommunike imzalanıb.

Görünən budur ki, ailə institutları içində yaşanan böhran türk dövlətlərinin hər birini narahat edir. Baxmayaraq ki, türk dövlətlərinin ailə, sosial sahəyə məsul şəxsləri müxtəlif dövlət proqramlarının icra olunduğunu bildirir, problemin mövcudluğu danılmazdır. Bunu son illərin statistik göstəriciləri də təsdiq edir. Son illərdə Azərbaycanda boşanmaların sayında artım qeydə alınır. Rəsmi statistikaya əsasən 2000-ci ildə Azərbaycanda 5 min 478 boşanma qeydə alındığı halda, ötən il (2024) bu göstərici 19 min 597 olub. Bu isə o deməkdir ki, son 25 ildə boşanmaların sayı 3,6 dəfə artıb. 25 il əvvəl – 2000-ci ildə əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 0,7 olduğu halda, ötən il 2,1-ə yüksəlib. Bəzi məlumatlara görə, əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayına görə Azərbaycan Avropa ölkələri arasında ilk sıralarda yer alır. Avropa Statistika Bürosunun (Eurostat) açıqladığı sonuncu məlumata görə, Avropa Birliyində əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 1,6 olub. Müqayisə üçün bildirək ki, 25 il əvvəl – 2000-ci ildə Avropada əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı bundan daha çox – 1,7 olub. Bu siyahıda Azərbaycan Latviya və Litvadan sonra 3-cü pillədə qərarlaşıb. Siyahı Avropa ölkələrini əhatə etsə də, burada Rusiya, Ukrayna, Belarus, Moldova kimi ölkələrin göstəriciləri yer almayıb. Asiya ölkələri üzrə də belə bir tədqiqatın aparılması müsbət olardı. Ən azından Orta Asiya ölkələrində evlilik və boşanma statistikası məlum olardı. Amma statistika olmasa belə, ailə institutlarının dəyişikliyə məruz qaldığı, deqradasiya yaşadığı məlumdur.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Azərbaycan  Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının professoru Həvva Məmmədova  Sherg.az-a açıqlamasında keçirilən tədbiri ailə dəyərlərinin qorunması, problemlərin həlli baxımından vacib adlandırdı. Eyni zamanda qeyd etdi ki, türk xalqlarının tarixən möhkəm olan ailə dəyərlərinə sanki məqdəsyönlü hücum təşkil edilir:

- Biz Avropada müsbət dəyərlərin olduğunu inkar etmirik. Lakin hər bir xalqın öz milli adət-ənənələri, kökü, tarixi keçmişi və bu köklər üzərində bərqərar olmuş ailə dəyərləri var. Təkcə Azərbaycan ailəsi deyil, ümumiyyətlə, bütün türk ulusunda böyüklərə hörmət, anaya, ataya, əcdadlara hörmət həmişə ən üst səviyyədə olub. Əsrlərlə türk insanı bu dəyərləri müqəddəs bilib və onları qoruyub.  Biz sovet vaxtı təəccüb edərdik ki, necə yəni, bəzi ölkələrdə qızlar, oğlanlar anasına, atasına cavab qaytarır, “öz istəklərini” yeritməyə çalışırlar?! Bilirsiz, bunu müstəqillik, insan haqları kimi təqdim edirlər. Biz nə insan haqlarına qarşıyıq, nə də gənclərin müstəqil fikir yürütməsinə, öz yollarını təyin etməsinə. Amma məsələ, övladın valideyninə nə dərəcədə hörmət göstərməsindədir. Övlad istəyini, arzusunu elə bir formada valideyninə bildirər ki, ana-ata ondan inciməz, əksinə, ona dəstək olar. Ailənin möhkəm təməli əcdadlara bağlıdır. Azərbaycan ailəsini digər xalqların ailələrindən fərqləndirən əsas cəhət geniş tərkibli, çoxuşaqlı olmasında idi. Ailəyə gəlin gətirilirdi, evə qayınana, qayınata, baldız, qayın, bəzən nənə, baba da olurdu. Ailə üzvləri birlikdə həyat sürürdü. Övladlar babadan, nənədən ailə başçısı necə olmalıdır, öyrənirdilər. Ulular canlı məktəb idi. Gənclər onların həyat şərtlərinə, davranışlarına baxaraq tərbiyə alırdılar. Evə gətirlən gəlin də qayınanadan öyrənirdi ev təsərrüfatını idarə etməyi, övlad böyütməyi. Təəssüf ki, bu dəyərlərimiz sarsılır indi. Gənclər müstəqil yaşamaq istəyir, şərt qoyurlar ki, ayrıca evim olsun, sonra evlənək. Həyatın çətinliklərini görməyən, həyat təcrübəsi olmayan gənclər ailə həyatında ciddi səhvlər buraxırlar. Evdə onlara doğru yola göstərəcək böyük yoxdur, ona görə. Beləliklə, ailələrimizdə səmiyyət azalır, qarşılıqlı hörmətə məhəl qoyulmur. Ona görə də ailə qurduqdan qısa müddət sonra boşanırlar.  

H.Məmmədova son illərdə efirlərdə bir sıra verilişlərdə ailə dəyərlərimizin gözdən salındığını dedi:

- Bu məsələ dəfələrlə müzakirə olunur, millət vəkilləri etiraz edirlər ki, milli dəyərlərimizə qarşı olan verilişlər efirdən yığışdırılmalıdır. Verilişlərə bəzən xanımlar dəvət olunur, özlərini qadın, xanım adına yaraşmayan tərzdə aparırlar. Belə atalar sözü var; ər pozularsa, ailə pozular, qadın pozularsa, ulus pozular. Atalar sözü elə-belə, heç nədən yaranmır. Bunun çox dərin mənası var. XXI əsrdir deyə, biz dəyərlərimizə həqarətmi etməliyik? Hansı əsrdə yaşamağımızın buna nə dəxli var? Ailə dəyərləri toxunulmazdır. Telekanallarda, sosial şəbəkələrdə ailə dəyərlərimizi təbliğ edən verilişlər, layihələr, paylaşımlar olmalıdır. Azərbaycan xalqı özünün yüksək əxlaqi keyfiyyətlərinə görə həmişə seçilib, indi də, bundan sonra da biz bu yüksəkliyi qoruyub saxlamalıyıq.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
1
sherg.az

2Sources