EN

Mahir Emreliyə iki alman klubundan təklif gəlib

Azərbaycan millisinin hücumçusu Mahir Emreli Almaniyanın II Bundesliqa klublarından iki rəsmi təklif alıb.

Operativ Media xəbər verir ki, 28 yaşlı hücumçu ilə “Kayzerslautern” və “Hannover” klubları maraqlanır. Emreli bu klubların təkliflərinə cavab verməyib. O, xüsusilə Bundesliqaya yüksəlmək perspektivini nəzərə alaraq bir neçə meyar əsasında qərar verməyə çalışır.

Bundan əlavə, hücumçunun Almaniyada və İngiltərədə karyerasını davam etdirməsi üçün digər variantları da var. Lakin rəsmi təklif yalnız yuxarıda adıçəkilən iki klubdan gəlib.

Chosen
34
operativmedia.az

1Sources