"Aston Villa"nın ulduz qapıçısı Emiliano "Dibu" Martinesin "Qalatasaray"a keçidi gündəmdədir.
Manset.az-ın əldə etdiyi məlumata görə, klubun Maliyyə Fair Play qaydalarına görə yüksək maaşlı oyunçularla yolları ayırmaq istəməsi argentinalı qolkiperin gedişini gündəmə gətirib.
"Qalatasaray" artıq "Aston Villa" ilə əlaqə saxlayaraq transfer şərtlərini sorğulayıb. Musleradan sonrakı dövr üçün Martines əsas namizəd hesab olunur. İngiltərə klubunun qapıçı üçün 30–40 milyon avro tələb etdiyi bildirilir.
Martinesin əsas arzusu Premyer Liqada qalmaqdır, lakin başqa təklif olmazsa, "Qalatasaray" real seçim ola bilər.