EN

"Trabzonspor"dan transfer "BOMBASI": dünya ulduzunu gətirir

Yeni mövsümə iddialı başlamaq istəyən "Trabzonspor" transfer çalışmalarına tam sürətlə davam edir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Fatih Tekkenin xüsusi istəyi ilə gündəmə gələn ulduz futbolçu Timo Vernerlə bağlı danışıqlar sürətlənib.

Almaniyanın "Leipziq" klubunun 29 yaşlı hücumçu üçün 4 milyon avro tələb etdiyi bildirilir. Lakin əsas problem Vernerin yüksək məvacib israrlıdır. Təcrübəli forvardın illik 6 milyon avro maaş istədiyi iddia olunur. "Trabzonspor" rəhbərliyi bu məbləği aşağı salmağa çalışır.

Timo Verner son iki mövsümdə istənilən performansı göstərə bilməsə də, Fatih Tekke onun Trabzonda yenidən parlayacağına inanır. Ulduz futbolçunun komandaya və azarkeşlərə "hava qatacağını" düşünən Tekke, transferin reallaşması üçün rəhbərliyə təzyiqləri artırıb. Sol cinahda əsas mövqeyi olan Verner ötən mövsüm icarə əsasında çıxış etdiyi "Tottenhem"də 27 oyunda cəmi 946 dəqiqə meydanda olub, 1 qol və 3 asistlə yadda qalıb.

Bundan başqa, "Trabzonspor"un heyətində olan və performansıyla ümidlər yaradan Denis Draquş üçün də təkliflər gəlib. "Göztepe" bu oyunçu ilə maraqlansa da, futbolçunun meneceri Florin Manea "Draquş "Trabzon"dan ayrılmaq istəmir, özünü burada yaxşı hiss edir" açıqlamasını verib.

Digər tərəfdən, Danimarkanın "Viborq" klubunun 24 yaşlı cinah oyunçusu Serjinyo da "Trabzonspor"un maraq dairəsindədir. Yaşıl Burun Adaları mənşəli futbolçu ilə "Al Vasl" maraqlansa da, oyunçunun ərəb ölkələrinə getmək istəmədiyi qeyd olunur. "Viborq" bu transfer üçün 4 milyon avro tələb edir. Serjinyo ilə "Hamburg", "Lill"və "Marsel" də maraqlanır. Sağ cinahda əsas mövqeyi olan Serjinyo bu mövsüm 31 matçda 6 qol, 20 asistlə parlaq çıxış edib.

"Trabzonspor" həm təcrübə, həm də gənclik və dinamikanı bir araya gətirmək üçün əhəmiyyətli addımlar atmağa davam edir. Timo Verner transferi reallaşarsa, bu, Türk futbolunda böyük əks-səda doğura bilər.

Tural
Milli.Az

Chosen
5
1
milli.az

2Sources