EN

Elçin Məsiyev Çexiya - İngiltərə matçını idarə etdi

Azərbaycanlı FIFA referisi Elçin Məsiyev 21 yaşadək futbolçular arasında Avropa çempionatının Çexiya – İngiltərə oyununu idarə edib.

Arena.az xəbər verir ki, Məsiyev Slovakiyada 21 yaşadək futbolçular arasında keçirilən Avropa çempionatında B qrupu çərçivəsində baş tutmuş Çexiya – İngiltərə matçının baş hakimi olub.

33 yaşlı referiyə yan xətt hakimləri Elşad Abdullayev və Pərvin Talıbov kömək ediblər. İtaliyalı Simone Sossa dördüncü hakim funksiyasını yerinə yetirib. VAR-da alman Sören Storks, AVAR-da italyan Daniele Çiffi çalışıblar. Hakim-inspektor sloveniyalı Darko Çeferin olacaq.

Elçin Məsiyev İngiltərə yığmasının 3:1 hesablı qələbəyə sevindiyi oyunda cəmi bir sarı vərəqəyə əl atıb. O, 1-ci dəqiqədə Elliot Andersonu cəzalandırıb.

Chosen
30
arena.az

1Sources