“Air India” aviaşirkətinə məxsus təyyarə bomba təhlükəsi səbəbindən Phuket hava limanına enib.
"Unikal" xəbər verir ki, bu barədə Hindistan mətbuatı aviaşirkətə istinadən məlumat yayıb.
Bomba hədəsinin təyyarənin tualetində yazıldığı iddia edilir. Tailand turist polisi bildirib ki, aviaşirkət hazırda CCTV (CCTV görüntüsü, təhlükəsizlik və izləmə əməliyyatı üçün qurulan kameralardan alınaraq, ərazinin monitorinqini təmin edir, qeydləri və saxlama rejimi üçün istifadə edilən görüntüdür, - red) görüntülərini nəzərdən keçirir.
Bir gün əvvəl Hindistanın qərbindəki Qucarat əyalətinin Əhmədabad hava limanı yaxınlığında, Meqaninaqar bölgəsində "Air India" şirkətinə məxsus təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində 300-dən çox insan həyatını itirib.
Gülayə Mecid