EN

"Bütün tədbirlərin Qarabağda keçirilməsini istəyirlər" - Siyavuş Novruzov

“Azərbaycan borc alan dövlətdən, borc verən dövlətə çevrilib”.

 

Sfera.az xəbər verir ki, bunu deputat Siyavuş Novruzov Milli Məclisin bu gün keçirilən plenar iclasında bildirib. 

 

“Hazırda Azərbaycan ayrı-ayrı ölkələrə investisiyalar qoyur, yollar çəkir, digər layihələrdə iştirak edir, müəssisələr, otellər tikir", - deyən S.Novruzov Azərbaycanın iqtisadi imkanlarının artmasına diqqəti yönəldib: "Qurtuluşun və büdcənin icrasının nəticəsidir ki, bu gün Qarabağ Universiteti yaradılıb. Laçında, Füzulidə, Zəngilanda, Xocalıda aeroportlar tikilib, onlar fəaliyyət göstərir. 


Qurtuluş olmasaydı, ayrı-ayrı ölkələrdən qaçqınlarımıza yardımlar xahiş edirdik. Bu gün isə biz qaçqınlarımızı layiqli şəkildə öz dədə-baba yurdlarına qayıtmağını təmin edirik. Hazırda dünyanın bütün tədbirlərini Qarabağda keçirilməsini istəyirlər”.

 

Firuzə Əliyeva
Sfera.az

Chosen
59
sfera.az

1Sources